Qayka baglayanlar | Makita markası ⮞⮞ sərfəli qiymətə MAXI.AZ-da

Qayka baglayanlar Makita Bu kateqoriyada hal hazırda 9 məhsul var

Bu elektrik cihaz müxtəlif quraşdırma/sökülmə işləri zamanı ən vacib və zəruri alətlərdən biridir. Cihazlar boltların yüksək sürətli və çoxsaylı açılma/sıxılması, qaykaların zəiflətmə/sıxılması və oymalı birləşmələr ilə digər işlər zamanı intensiv istifadə üçün nəzərdə tutulmuşdur.

Bərkidici birləşmələrlə əməliyyatlar zamanı Makita qaykaburanları əvəzolunmazdır:

  • paslanmış boltlar olduqda;
  • əlçatmaz yerlərdə qayka açarları ilə və ya digər mövcud vasitələrlə işləmək mümkün olmadıqda.
  • bərkidicilərin konstruksiyasına görə, böyük qüvvə momenti tətbiq etmək tələb olunduqda;

Alətin istifadə sahəsi genişdir və hər evdə onun mövcudluğu vacibdir. Lakin cihazın dar ixtisaslı olduğuna görə, hər kəs üçün onu əldə etmək mənası yoxdur. Makita qaykaburanları avtomobilistlər; TXS işçiləri; quraşdırma sexləri işçiləri; inşaatçılar; çilingərlər; santexniklər üçün yararlıdır. Kiçik emalatxana sahibləri də bu cür yeni alətdən razı qalacaqlar.

Belə bir cihazdan istifadə edərkən fiziki güc istifadəsi minimuma endirilir. Bu səbəbdən də incə xanımlar üçün də qaykaburanlar aktual olacaq. Xanım tez-tez mənzil və ya evində təmir işləri görürsə, belə bir elektrik alətin evdə mövcud olması yaxşıdır.

Elektrik qaykaburanın əsas texniki xüsusiyyətləri

Sinfə görə qaykaburanlar bu növlərə bölünür: həvəskar, yarı peşəkar və peşəkar alətlər. Bu bölgü nisbidir, növlərin fərqi fırlanma momentinin gücü və cihazın davamlılığı ilə əsaslanır (peşəkar fəaliyyət üçün vacib məqamlar).

Iş növünə görə boltburanlar adı və zərbəli olur. Zərbəli alət vəzifələrini daha effektiv əməl edir. Elektrik cihazların istehsalat trendlərinə baxaraq demək olar ki, zərbəsiz alətlər keçmişdə qalır.

Makita tərtibatçıları daha çox akkumulyatorlu modellərə üstünlük verir və alıcılara təqdim edirlər. Onlardan məişət şəraitində rahat istifadə edilir və istehsalatda şəbəkədən işləyən cihazlardan daha üstün olurlar.

Elektrik qaykaburanın faydalı texniki imkanlarına təsir göstərən əsas xüsusiyyətləri: fırlanan moment; gücü; sıxılma momenti və ya istifadə diapazonu; erqonomikası; çəkisi.

  • 1. Fırlanan moment nyutonmetr (Nm) ilə ölçülür və cihazın iş gücünü göstərir. Makita brendi 22-dən 1050 Nm qədər gücü olan alətləri təqdim edir.
  • 2. Istifadə diapazonu alətin hansı diametrli boltun idarə edə biləcəyini göstərir.
  • 3. Şəbəkədən işləyən modellərdə güc 0,28 – 1,3 kVt qədər olur. Akkumulyatorlu qaykaburanlarda isə Li-İon batareyaları 7,2-18 V qədər gücə malikdir. Bu göstərici kiçik rol oynayır və avtonom əməliyyat zamanı elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi və ya batareyaların sürətlə boşaldılması ilə bağlı problemlər olan hallarda vacibdir.
  • 4. Erqonomika və çəki əl rahatlığı və yorğunluq hissinin gec əmələ gəlməsinə təsir edir.

Maxi.az internet-mağazasında akkumulyatorlu və şəbəkədən işləyən qaykaburanları təqdim edilir. Qısaca olaraq, bir modelə nəzər yetirək. Makita 6953 şəbəkə qaykaburanı. Onun əsas xüsusiyyətləri: alət peşəkar sinfə daxildir, 280 Vt gücü var, dəqiqədə 3000 zərbə vurur. Cihaz etibarlı keçid və revers (tərs hərəkət) sisteminə, maksimum dəqiqlik üçün dövriyyə sürətinin elektron tənzimlənməsinə malikdir və çətin vəzifələri yerinə yetirir.

Maxi.az internet-mağazasında Makita qaykaburanın alışı

Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıqlar” bölməsində müxtəlif brendlər arasında akkumulyatorlu və elektrik şəbəkədən işləyən Makita qaykaburanları da təqdim edilir. Münasib qiymətlər və geniş çeşidləri isə məhz sizə uyğun bir model seçməyə imkan verir. Müvafiq kataloqa keçid alın, sifarişi əlavə edin, biz isə ən tez zamanda çatdıraq. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mütəxəssisimiz lazımi məlumatı verəcək, ödəniş və çatdırılma növləri ilə tanış edəcəkdir. Ödəniş nağd, kredit və ya taksit ilə mümkündür. Evdən çıxmadan, asanlıqla və tam rahat Maxi.az internet-mağazasında keyfiyyətli Makita qaykaburanını əldə edin!

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml