Akumlyatorlu drellər Bakıda satışı • MAXI.AZ

Drellər Bu kateqoriyada hal hazırda 3 məhsul var

Evdə xırda təmir işləri, rəflərin və şəkillərin divara vurulması qazma, bərkitmə və əksinə sökülmə işləri tələb edilir. Bu cür işləri müstəqil və asan şəkildə həyata keçirmək üçün uyğun bir alətə ehtiyac olur.

Akkumulyatorlu drel və akkumulyatorlu bolt çevirən arasında fərqlər

Şəbəkə drelləri və bolt çevirənlər daha sürətlə işləyir, daha böyük güc, çəki və diametrə malikdir, lakin yüngül akkumulyatorlu alətin istifadəsi daha rahat olur. Elektrik şəbəkəsiz şəraitdə praktik şəkildə işləmək üçün akkumulyatorlu bolt çevirənlər tam uyğundur. Akkumulyatorlu bolt çevirənləri adi şəbəkə drelləri ilə müqayisə etdikdə, akkumulyatorlu modellər daha populyar, ucuz və geniş yayılmış olar. Lakin bircə zəif nöqtə var – alətin gücü. Nadir hallarda xırda işlər gördükdə bolt çevirənə üstünlük vermək daha məqsədə uyğun olar. İş prosesi yalnız bolt, vint və özü vurulan vintləri bərkitməkdən ibarət olduqda da daha çox bu növ drellərdən istifadə olunur. Akkumulyatorlu drellər elektrik şəbəkə olmayan məkanlarda istifadə üçün uyğundur. Alətin ağır çəkisi və uzun kabeli iş zamanı mane olursa, o halda akkumulyatorlu bolt çevirəndən istifadə etmək daha rahat olar. Bu növ drel taxta, plastik, metal üzərində işləyir, detallar daha keyfiyyətli bərkidilir.

Maxi.az-dan akkumulyatorlu drellərin müxtəlif modellərini əldə edə bilərsiniz. Bir neçə modelə nəzər yetirək:

  • 1. Akkumulyatorlu bolt çevirən drel Makita DF347DWE mebel quraşdırılması, bina və küçələrdə təmir və bitirmə işlərində istifadə olunur. İki sürətli reduktor bir çox işlərin aparılmasını asanlaşdırır: birinci sürət boltların bərkidilməsi üçündür, ikinci isə qazma işlərində istifadə edilir. Litium-İon texnologiyası aparatın xidmət müddətini uzadır və akumulyatorun boşalma dərəcəsindən asılı olmayaraq enerji doldurmağa imkan verir. Model G seriyası batareyaları ilə işləyir.
  • 2. Akkumulyatorlu bolt çevirən drel Makita DF333DWYE həmçinin mebel quraşdırılması, bina və küçələrdə təmir və bitirmə işlərində istifadə olunur. Tez sıxılan patron tez bir zamanda və asanlıqla təchizatın dəyişdirilməsinə imkan verir. Zəif işıqlanma olan məkanlarda keyfiyyətli və təhlükəsiz işləmək üçün quraşdırılmış işıqlandırma nəzərdə tutulmuşdur. Tətik açarı buraxıldıqdan təxminən 10 saniyə sonra işıqlanma sönür. Litium-İon texnologiyası aparatın xidmət müddətini uzadır və akumulyatorun boşalma dərəcəsindən asılı olmayaraq enerji doldurmağa imkan verir.
  • 3. Akkumulyatorlu bolt çevirən drel Makita DDF453SYE iki sürətli reduktor ilə təchiz edilmişdir. İşin növü və intensivliyindən asılı olaraq fırlanan momentin 12 rejimindən biri seçilir. Tez sıxılan patron sayəsində başlıqlar asanlqla dəyişdirilir. İki akkumulyator və sarj cihazı fasiləsiz iş prosesini təmin edir. Saxlanma və daşınması üçün dəstə çanta daxildir.
  • Maxi.az-da alış – maksimum seçim və keyfiyyət deməkdir!

    Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıq” bölməsində ən münasib qiymətlərlə akkumulyatorlu drelləri seçə bilərsiniz. Müvafiq kataloqa keçid alın, sifariş edin, biz isə ən qısa müddətdə çatdıraq. Ehtiyac olduqda onlayn mağazanın satış məsləhətçisi lazımi məlumatı təqdim edə, uyğun variantları təklif edə və ödəniş və çatdırılma üsulları ilə tanış edəcəkdir. Nağd, kredit və taksitlə ödənişlər mümkündür. Maxi.az internet-mağazasında xoş alış-verişlər arzu edirik!

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml