Elektrik drellər Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Drellər Bu kateqoriyada hal hazırda 10 məhsul var

Şəbəkədən işləyən drel - əsas vəzifəsi dəlik qazma olan əl alətidir. Drelin köməkliyi ilə plastic, taxta, metal və hətta beton üzərində də qazma işləri aparıla bilər. Müəssisə, bağ evi və ya ümumi təmirdə, böyük həcmli işlər nəzərdə tutulduqda ən düzgün alət seçimi – peşəkar dreldir. Peşəkar sinif elektrik alətləri 7-10 saat ərzində fasiləsiz istifadə üçün nəzərdə tutulmuşlar. Bu növ alətlər həmçinin böyük güc, həddindən artıq yüklənmələrə qarşı davamlılıq və istehsal edildikləri materialların etibarlılığı ilə fərqlənir. Bütün bunlardan başqa, alətlər daha gec köhnəlir. Güzgü, şəkil asmaq və evdə digər xırda işlər üçün alət lazım olduqda münasib qiymətli sadə məişət dreli kifayətdir. Bu növ drel gün ərzində 4 saata qədər işləyə bilər. Əsas üstünlüyü – minimum qiymətə maksimum funksiyaların mövcudluğudur.

Elektrik drellərin növləri

Drelin hansı funksiyalar dəstinə malik olduğundan asılı olaraq aşağıdakı əsas alət növləri fərqləndirilir:

  • sadə drel, bəzən zərbəsiz adlandırılır;
  • zərbəli drel;
  • bolt çevirən drel;
  • drel-mikser;
  • künc dreli.

Kərpic, beton və digər sərt materiallar üzərində işlər nəzərdə tutulursa, o halda zərbəli drel bu vəzifələri tez və keyfiyyətli şəkildə yerinə yetirəcəkdir. İstənilən emalatxana, ev və ya bağ evində quraşdırılmış zərbəli mexanizmli alətlər ən populyar və ən çox tələb olunandır. Lakin zərbəli rejimin bir əlavə funksiya olduğunu anlamaq vacibdir. Buna görə zərbəli rejimi alətdən ümumi istifadə müddətinin 20% -da işlətmək olar. Böyük tikintiyə başlamısınızsa və boyada rəngi, gips və digər tikinti məhlullarını qarışdırmaq lazımdırsa, o zaman drel-mikserə ehtiyacınız olacaq.

Drel təmir və tikinti üçün tez və keyfiyyətli şəkildə istənilən qarışımları həll edər.

Bu növ alət digərlərindən aşağıda göstərilmiş bir sıra fərqlərə malikdir:

  • aşağı dövriyyələrdə tezlik rejiminə malikdir;
  • daha yüksək fırlanan moment;
  • həddindən artıq isinməyə qarşı yüksək davamlılıq.

Bəzən elə hallar olur ki, adi dreldən istifadə mümkün olmur və ya çətindir. Məsələn, avtomobil təmiri və ya əlçatmaz, gözə görünməyən məkanlarda iş. Bu cür hallarda künc dreli daha məqsədə uyğundur. Onun əsas xüsusiyyəti – patronun korpusa qarşı 90% bucaq altında yerləşməsidir.

Əsasən bərkitmə işləri (özü vurulan vintlərlə) ilə məşğul olacaqsınızsa, o halda ən doğrusu bolt çevirən dreli əldə etməkdir. Bu növ alət fırlanan momentin tənzimlənməsi ilə təchiz olunmuşdur və açılan muftanın mövcudluğu ilə fərqlənir.

Elektrik drellərin korpus forması üzrə fərqlənməsi:

  • 1. Tapança forması. Bu forma korpusların əksəriyyətində mühərrik şaftı patron ilə reduktor olmadan birbaşa birləşir. Yüksək gücə və daxili detalların keyfiyyətli soyudulmasına malik olamayan büdcəli modellər üçün xarakterik bir cəhətdir.
  • 2. T-formalı qulp alətin mərkəzi hissəsinə yaxın yerləşir və beləliklə güc bərabər şəkildə paylaşılır. Lakin bolt çevirən drel modellərinin hər birinin özünə məxsus konstruksiya xüsusiyyətləri var.
  • 3. Klassik forma (drel forması) – peşəkar avadanlığın ilk əlamətidir. Bu növ modellərin çəkisi 1,5 kq-dan az olmur və təbii ki drelin forması da onu iki əl ilə saxlanmalı olduğunu göstərir.
  • Xüsusiyyətlər və əlavə funksiyaları

    Elektrik drelin əsas xüsusiyyəti – 300-dən 1300 Vt qədər diapazona malik gücüdür. Drelin gücü ilə iki çox vacib məqam bağlıdır – 1 dəqiqə ərzində dövriyyələrin sayı və fırlanan moment. Bəs bu nüanslar iş prosesində özünü necə göstərir? Əgər yüksək dövriyyəli drel hər hansı bir anda həddindən artıq yüklənərsə, alət qızmağa başlayır. Lakin fırlanan momenti yüksək olan daha güclü model bu cür rejimə asanlıqla tab gətirər. Peşəkar drellər yüksək dövriyyələr zamanı güclü fırlanan momenti ilə fərqlənir.

    Maxi.az-da elektrik drelinin alışı

    Maxi.az internet mağazasında “Alətlər və digər avadanlıq” bölməsində müxtəlif brendlərin şəbəkə drelləri geniş çeşid və münasib qiymətləri ilə təqdim olunmuşdur. Məhz sizin işlərinizə uyğun modeli seçin. Müvafiq kataloqa keçin və sifariş edin, biz isə ən qısa müddətdə çatdıraq. Ehtiyac olduqda onlayn mağazanın satış məsləhətçisi lazımi məlumatı təqdim edə, uyğun variantları təklif edə və ödəniş və çatdırılma üsulları ilə tanış edəcəkdir. Nağd, kredit və taksitlə ödənişlər mümkündür.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml