Bosch drelləri Bakıda satışı • MAXI.AZ-qiymətlər

Drellər Bu kateqoriyada hal hazırda 4 məhsul var

Bosch drelləri dünya şöhrətli şirkətin istehsal etdiyi etibarlı alətlərdir, onlar asan istifadəsi ilə məişət və ya peşəkar ustalar tərəfindən tanınır. Bosch brendi drelini əldə etməyə qərar vermisinizsə, əmin ola bilərsiniz ki, sizə lazım olan alətin sahibi olacaqsınız. Rahat erqonomikaları sayəsində bütün müasir Bosch drelləri asan istifadə ilə fərqlənir, ustaya uzun müddət yorğunluq hissi vermədən işləməyə imkan verir. Lakin alış etdikdə öncə Bosch drelini digər modellərdən fərqləndirən üstünlüklər ilə tanış olmaq tövsiyə edilir.

Zərbəsiz Bosch drelləri

İstifadə olunan güc 350-1500 Vt arasında dəyişilə bilər. Yumşaq materiallar üzərində işləmək üçün ideal olaraq uyğundur. Burada kiçik məkanlarda orta gücü olan yığcam və həmçinin künc modelləri təqdim olunur.

Alətlərin üstünlükləri:

  • kiçik künc ölçüsü;
  • daha dəqiq qazma üçün tənzimləyici elektronika;
  • stasionar iş imkanı;
  • yüksək məhsuldarlıq;
  • 2 sürət növü;
  • revers funksiyası;
  • rahat vibrasiya əleyhinə qulpu;
  • uzun müddətli davamlılıq.

Zərbəli Bosch drelləri

Həm yumşaq (taxta, metal) həmçinin də sərt (kərpic, beton) materiallar üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Bosch drellərinin əksəriyyəti dövriyyə miqdarının tənzimlənməsinə və aşağıda göstərilmiş üstünlüklərə malikdir:

  • Сonstant-Еlectronik (hətta həddindən artıq yüklənmə zamanı dəyişilməz fırlanma tezliyi);
  • Аuto-Lock (bir əl hərəkəti ilə patronun tez və asanlıqla dəyişilməsi);
  • Anti-Rotation – 800 Vt-dan yüksək gücü olan modellərdə mövcuddur (həddindən artıq yüklənmələrdən qorunma).
  • Bosch zərbəli drelin vacib xüsusiyyəti iki cür iş rejiminin həyata keçirilməsidir. Birinci rejim zamanı mil fırlanır və material üzərində qazma prosesi gedir. İkinci rejim zamanı fırlanma hərəkətindən başqa iş mexanizminin spiral dişlilərdən birinin yerdəyişməsi baş verərək boşluq yaradır və nəticədə drelə basdıqda dişlilər yenidən birləşir, arxa detal hərəkətsiz qalır və birinci dişli arxa dişlinin üzərində hərəkət edir, beləliklə Bosch zərbəli dreli hərəkəti yerinə yetirir.

    Dövriyyələrin miqdarını tənzimləmək, alətin oxunun fırlanma tezliyini hətta yüksək yüklənmə olduqda sabit saxlayan Constant-Electronic sistemi, patronun sürətlə dəyişdirilməsi Auto-Lock sistemi, yüksək yüklənmələrə qarşı 800 Vt-dan yüksək güc göstəriciləri olan modellərdə Anti-Rotation qorunma sistemini də qeyd etmək vacibdir.

    Zərbəli Bosch drelləri peşəkar istifadə üçün nəzərdə tutulmuşlar, ən yüksək tələblərə cavab verir, etibarlı, davamlı və uzun müddət ərzində ağır yüklərə tab gətirirlər.

    Bosch akkumulyatorlu drellərinin xüsusiyyətləri

    Bosch akkumulyatorlu bolt çevirənlərin əksəriyyəti sadə qazma funksiyasından əlavə bolt, vint və özü vurulan vintlərin sıxılmasını həyata keçirirlər. Bu alət müxtəlif konstruksiyaların qurulması zamanı xüsusi olaraq əlverişlidir.

    Bu brendə məxsus avadanlıq yüksək güc səviyyəsi ilə fərqlənir. Bu növ Bosch akkumulyatorlu drellərin əsas parametrləri – fırlanma momenti və akkumulyatorun həcmidir.

    Buna oxşar akkumulyator drelləri üçün xarakterik olan konstruktiv və texnoloji xüsusiyyətlərdən biri olan Hyper charge sistemini qeyd etmək olar – bu sistem akkumulyatoru cəmi 30 dəqiqə ərzində enerji ilə tam doldurur. Dura shield xüsusi korpus alətin yüksək möhkəmliyini təmin edir. Bosch akkumulyatorlu drellərin yüksək gücə malik olduqları səbəbdən boltların bərkidilməsi sürətini sabit saxlamaq mümkündür.

    Bosch akkumulyatorlu drellərin əksəriyyətində iki sürət rejimi mövcuddur. Milin avtomatik bloklanması ilə tez sıxılan patron sayəsində qazma detalları bir əl ilə operativ şəkildə dəyişmək mümkündür. Yüksək keyfiyyətli toz keçirməyən sürət düyməsi olan planetar reduktor, istifadəsi çox rahat olan mərkəzi qulp və koprusun erqonomik dizaynı alətin keyfiyyətli daxili parametrləri ilə uyğunlaşır.

    Bosch drellərinin üstünlükləri

    • korpusun yüksək keyfiyyətli və möhkəm materialı alətin xidmət müddətini mühüm dərəcədə uzadır;
    • alətin gücü və yüngül çəkisinin uyğunlaşması;
    • bütün elementləri rahat yerləşməsi iş prosesini daha uzun müddətli etməyə imkan verir;
    • yüksək məhsuldarlıq;
    • dəqiq və sürətli iş.

    Maxi.az-da alış

    Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıq” bölməsində aşağıda göstərilmiş drel modellərini əldə edə bilərsiniz:

    Məhz sizə uyğun modeli seçə bilərsiniz. Ehtiyac olduqda mağaza məsləhətçisi sizə lazımi məlumatı təqdim edə, uyğun modelləri təklif edə, ödəniş və çatdırılma üsulları ilə tanış edəcəkdir.

    btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml