Bort drelləri Bakıda satışı • MAXI.AZ-qiymətlər

Drellər Bu kateqoriyada hal hazırda 13 məhsul var

Drel həm məişət həm də istehsalatda ən zəruri və tez tez istifadə olunan alətlərdən biridir. Onun köməkliyi ilə müxtəlif vəzifələri həyata keçirmək olar – taxta, kərpic, metal üzərində qazmaq, özü vurulan vintləri sıxmaq, müxtəlif qarışımlar, kafel üçün yapışqan qarışdırmaq və digər işlər görmək mümkündür.

Bort – kiçik istehsalat və ya təmir emalatxanalarında istifadə edilən elektrik alətlər istehsalçısıdır. Bütün bunlarla yanaşı Bort alətləri öz parametrləri ilə peşəkar avadanlıqla müqayisə edilə bilər.

BAB brendi tərəfindən təqdim olunan akkumulyatorlu drellər və bolt çevirənlər taxta üzərində 20 mm, metal üzərində isə 10 mm diametrli dəliklər qazmağa imkan verir. Akkumuyatorlu Bort drelləri 10,8 volt güclü bir və ya iki ədəd litium-ion akkumulyatorları ilə təchiz olunur. Alət yüngül çəki və yığcamlığı ilə fərqlənir. Fırlanmanı görülən işlərə uyğun tənzimləmək mümkündür. İşin dəqiqliyi üçün alətə qabarcıqlı səviyyə ölçən quraşdırılmışdır. Həmçinin zəif işıqlandırması olan məkanlarda işləmək üçün quraşdırılmış işıqlandırma mövcuddur. Yığcamlığı sayəsində akkumulyatorlu Bort drelləri ilə əlçatmaz məkanlarda işləmək asandır.

Dövriyyə miqdarının tənzimlənməsi və revers funksiyalı 500-dən 1100 Vt qədər gücü olan elektrik zərbəli drellər 13 mm diametrli qazma detalları ilə işləmək üçün nəzərdə tutulmuşlar. Beton, kərpic və daş üzərində “zərbəli qazma” funksiyası sayəsində asanlıqla işləyir. “Qazma” funksiyasını seçin və drel kərpic və ya yüngül beton üzərində asanlıqla 16 mm qədər dəlikləri qazacaq.

Həmçinin metal və taxta üzərində qazma etmək üçün “zərbəsiz” rejim mövcuddur. Tətiyi çəkərək sürəti tənzimləmək mümkündür. Vəzifələrdən asılı olaraq, 0-dan 1000 qədər və yaxud 0-dan 3000 dövriyyə/dəqiqədə diapazonu tənzimləmək olar. Qazma detalları açar patronunda asanlıqla bərkidilir. Reduktorun metal korpusu effektiv şəkildə istidən qoruyur. Dəstə dərinlik olçən də daxildir. Möhkəm metal tezsıxılan patronla təchiz edilmiş modellər də satılır.

Bort brendi həmçinin mikser drellərini də istehsal edir. Həmin drellər maye və ya səpilən maddələrin qarışdırılması üçün istifadə edilir. Alət boya, lak, beton və mastik ilə işləməyə imkan verir. Sürəti materialdan asılı olaraq tənzimləmək olar. Reduktorun metal korpusu zədələnmələrə qarşı davamlıdır və istilikdən qoruyur. Bu o deməkdir ki, aləti söndürmədən davamlı işləmək olar.

Bort drellərini əsas üstünlükləri:

  • erqonomik dizayn, rahat istifadəsi;
  • tezsıxılan metal patron;
  • revers funksiyası;
  • "zərbəli qazma" rejimi;
  • fırlanma sürətinin tənzimlənməsi;
  • həddindən artıq isinmir;
  • yüngül çəki.

Bəzi modellərdə:

  • yan tərəfində içində qazma detalları üçün yeri olan əlavə qulp;
  • dərinlik ölçən;
  • əlavə fırça dəsti.

Maxi.az mağazasında alış – məhsul və xidmətlərin maksimum keyfiyyəti deməkdir!

Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıq” bölməsində digər brendlər arasında Bort brendinə məxsus drellər təqdim olunur, münasib qiymətləri isə məhz sizə uyğun olan modeli seçməyə imkan verir. Müvafiq kataloqa keçin, sifariş edin, biz isə alışlarınızı ən qısa zamanda çatdıraq. Ehtiyac olduqda, onlayn mağazanın satış məsləhətçisi lazımi məlumatı verə, uyğun variantları təklif edə və ödəniş və çatdırılma üsulları ilə tanış edə bilər. Nağd və ya kredit yaxud taksitlə ödəniş imkanları mövcuddur.

Evdən çıxmadan, Maxi.az internet mağazasından Bort brendinin keyfiyyətli drelini əldə edin!

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml